Kventin Tarantino | |
---|---|
ing. Quentin Tarantino | |
Doğum adı | Quentin Jerome Tarantino |
Doğum tarixi | 27 mart 1963[1][2][…] (61 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Partnyorları | |
Atası | Toni Tarantino[d] |
Fəaliyyəti | aktyor, ssenarist, kinorejissor, film prodüseri, kino aktyoru, yazıçı, montajçı[d], televiziya aktyoru, rejissor |
Fəaliyyət illəri | 1983-cü ildən |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0000233 |
Vikianbarda əlaqəli mediafayllar |
Kventin Cerom Tarantino (ing. Quentin Jerome Tarantino; 27 mart 1963[1][2][…], Noksvill, Tennessi) — Amerika rejissoru, aktyoru və prodüseri.
Kventin Tarantino fəaliyyəti dövründə Oskar mükafatı, Qızıl Palma Budağı, Qızıl Qlobus və Britaniya kino və televiziya incəsənətləri akademiyası mükafatları qazanmışdı. Anası Konni Makxyu yerli aborigen tayfalarından olsa da, Los-Ancelesdə böyüyüb. Karyerası 1990-cı illərdə müstəqil filmlərdən başlamışdı. Çəkildiyi filmlər arasında "Quduz köpəklər" (1992), "Kriminal qiraət" (1994), "Şəfəqdən qüruba qədər" (1996) və "Billi öldürmək" (2003), "Şərfsiz əclaflar" (2009) daha məhşurdsur. Üslubu qeyri-xronoloji postmodernist süjetlər və zorla stilləşdirilmiş üslublardan fərqlənir. Fəaliyyətinin ilk on ilində artıq onun barəsində bioqrafik kitablar yazılır, tədqiqatlar aparılır, müxtəlif fikirlər söylənilir və qalmaqallar eşidilirdi.